Gündəm / Hadisə

Balakəndəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Balakəndəki yol qəzası ilə bağlı cinayət işi başlanılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Balakən rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

"Report”un xəbərinə görə, hadisə martın 3-ü saat 23 radələrində rayonun Kortala kənd yolunda qeydə alınıb.

Belə ki, Kortala kənd sakini, 1989-cu il təvəllüdlü Murad Xırxırov idarə etdiyi "VAZ-21013” markalı avtomobillə Balakən şəhər istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun sol kənarındakı elektrik beton dirəyinə çırpılıb.

Hadisə zamanı sürücü M.Xırxırov ölüb, avtomobildə olan sərnişinlər - Balakən rayonun Qazma kənd sakini Həlimət Sarıyeva, onun həmkəndlisi Ofelya Hacıyeva və Kortala kənd sakini Ramazan Qalayçiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.