Gündəm / Hadisə

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin şəhid olduğu müəyyənləşib


Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin şəhid olduğu müəyyənləşib

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşən gizirinin şəhid olduğu məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, müharibədə iştirak edən 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, XTQ giziri Babək Səhman oğlu Namazovun şəhid olduğu müəyyənləşib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Yaxınları uzun müddətdir ondan xəbərsiz idi.

Allah rəhmət eləsin!