Gündəm / Dünya

“Amerika qayıtdı!” – Bayden

“Amerika qayıtdı!” – Bayden
 
 
 
 
 
 
 
 

ABŞ Prezidenti Co Bayden Münhen Təhlükəsizlik Konfransında Amerikanın dünya arenasına qayıtdığını bəyan edib və avropalı tərəfdaşları ilə əməkdaşlığı xarici siyasətin təməl daşı adlandırıb.

 

"Mən hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü və biz geri baxmayacağıq”, – o deyib.

Bundan başqa, amerikalı lider konfrans iştirakçılarını qurumun Nizamnaməsinin beşinci maddəsi çərçivəsində ABŞ-ın NATO müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyinə inandırıb. Beşinci maddəyə əsasən, ittifaq üzvlərindən birinə hücum bütün bloka hücumla bərabər tutulur.

Bayden, həmçinin çıxışında Rusiyanı Aİ ilə NATO-nun birliyini pozmaq cəhdində ittiham edib.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın strateji konsepsiyasını yeniləməyə çağırıb. Onun sözlərinə görə, təşkilat Rusiya ilə münasibətlərin pisləşməsini və Çinin möhkəmlənməsini nəzərə almır.