Gündəm

Səfərbərlik Xidməti: “Biz onu təltif etməmişik” - Kamil Zeynallı ictimaiyyəti aldatdı

 Səfərbərlik Xidməti:
Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətindən Modern.az-a verilən açıqlamada həmin məlumatlar təkzib olunub:

"Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməmişdir”.