Gündəm / Siyasət

Ermənistanda mətbuata senzura gəlir: - YENİ QADAĞALAR

Ermənistanda mətbuata senzura gəlir:
Ermənistanda mətbuata yeni qadağalar gəlir. Belə ki, mətbu orqanların anonim mənbələrə istinad etməsi qadağan edilə bilər.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, bu barədə "Kütləvi informasiya vasitələri haqqında" Qanuna xüsusi maddənin əlavə edilməsi nəzərdə tutulur. Dəyişikliyin müəllifi "Mənim addımım" fraksiyasından olan bir qrup deputatdır.

Artıq layihə parlamentin saytında da yerləşdirilib.

Layihə müəlllfləri hesab edilər ki, xəbər axını fonunda yalan məlumatları, dezinformasiyanı və bilərəkdən yayılan təxribat xarakterli məlumatları ayırd etmək, onlara nəzarət mümkün olmur. İnformasiya istehlakçılarına risklər artır.

Buna görə də layihə müəllifləri olan iqtidar partiyasının deputatları anonim, həmçinin qanunun tələblərinə uyğun olmayan mənbələrə istinadın qadağan edilməsini çıxış yolu sayır.