Gündəm

Füzuli rayon icra başçısı 15-20 milyonluq tikinti biznesinə necə sahiblənib -VİDEO

Füzuli rayon icra başçısı 15-20 milyonluq tikinti biznesinə necə sahiblənib -VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bir çox ölkələrdə məmurun bizneslə məşğul olması cinayət əməli sayılır.

Azərbaycan qanunvericiliyində də belə müddəaların olması hakimiyyət səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin qarşısını almaq naminə edilib. Lakin təəssüf ki, praktikada bu norma kütləvi şəkildə pozulur.

Belə ki, müxtəlif vəzifələrdə təmsil olunan adamların əksəriyyəti sahibkarlıqla məşğuldur. Onlar müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri öz adlarına rəsmiləşdirməsə də qohumlarının, qaçqınların, məcburi köçkünlərin adına sənədləşmə apararaq faktiki olaraq onlara himayədarlıq edilər. Qanunçuluğun, ictimai nəzarətin, hakimiyyət bölgüsünün olmadığı ölkələrdə qanunvericilikdə bu və ya başqa məhdudiyyəti tətbiq etmək yetərli deyil, eyni zamanda o normaların işləməsi üçün münbit şərait olmalıdır.

Azərbaycanda bu mühit yoxdur, ona görə də qanunun tələbi yerinə yetirilmir, hətta kobud şəkildə pozulur. Konkret olaraq dövlət qulluğunda çalışanlar həm də təsisçi qismində, müxtəlif idarə heyətlərində təmsil olunur.

Baxmayaraq ki, Mülki Məcəllədə bunu qadağan edən normalar var, bir çox kommersiya təşkilatlarının təsisçisi məhz dövlət müəssisələridir. Həmin müəssisələrin rəhbərləri, nazirlər, rəhbərlikdə çalışan şəxslər bu və digər formada gəlirlərin bölüşdürülməsində iştirak edir. İdarə heyətlərində, sədrlər şurasında, nəzarət qurumlarında formal olaraq adları getsə də mahiyyət etibarilə gəlirlərin bölüşdürülməsində iştirak edirlər.

Gəlin məmurun bizneslə məşğul olmasının nə dərəcədə ziyanlı olmasına, dövlətə necə baha başa gəlməsinə baxaq.

Məsələn, Mozalan.az-a daxil olan məlumatda deyilir ki, Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyev tikinti biznesi ilə də məşğul olur. Hələ başqa sahələri demirik.

Bugünlərdə mətbuatda Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsinin sakinləri tikinti özbaşınalığına qarşı etirazları dərc olunmuşdu. Vətəndaşlar bildirir ki, evlərin bir addımlığında çoxmərtəbəli binaların tikintisi əhalinin güzəranını günü-gündən ağırlaşdırıb. İllərdir ki, aparılan tikinti işləri sakinləri cana yığıb:

"Tikinti gedən ərazidə əvvəllər bağça fəaliyyət göstərib. Sonradan bir nəfər köhnə bağçanı uçurub, boş qalan yerdə bina tikməyə başladı. Bütün bunlar küçə sakinlərinin rəyini almadan, zor gücü ilə həyata keçirildi. İnsanları əzə-əzə 16 mərtəbəli bina tikdilər. Dəfələrlə aidiyyatı qurumlara şikayətimizi bildirdik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikinti aparılan əraziyə gələrək, iş prosesini əngəllədi. Mütəxəssislər tərəfindən xüsusi lentlər çəkildi. Lakin şirkət buna məhəl qoymadı. İki ilin içərisində həmin bina tikildi. Hazırda heç bir yaşayış yoxdur”.

Tikinti işləri "İnam-İnşaat 555” MMC aparır. Sakinlər öyrəniblər ki, şirkətin sahibi Alı Alıyevdir.

Orta ranqlı bir məmur, icra başçısı bu boyda tikintini hansı vəsaitlə apara bilər? Demək prezidentin Füzulinin abadlaşdırması üçün ayırdığı vəsaitlər, büdcə pulları oğurlanaraq bu şirkətə yönəlib.

Əgər bu şirkət ona məxsus deyilsə icra başçısı heç olmasa bu xəbəri təkzib etməli idi. Etməyibsə demək həqiqətdir.

Şirkətin adını "İnam-İnşaat 555” qoyub, dövlət qarşısında "inam”ı itirməkdən pis nə ola bilər.

Qarşı tərəfi dinləyə bilərik.