Gündəm / İqtisadiyyat

Özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq

 

2022-ci ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısı hazırlanacaq.

Kanal14.az APA-ya istinadən bildirir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb. 

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2022-ci ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2021-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.