Gündəm

Xırdalanda Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur

Xırdalanda Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 

Kanal14.az bildirir ki, Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur. Layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xırdalanda Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur

Xırdalanda Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur