Dünya

İnsan sidiyindən kərpic: Ekoloji cəhətdən təmiz və çox sərt

İnsan sidiyindən kərpic: Ekoloji cəhətdən təmiz və çox sərt
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cənubi Afrika Respublikasındakı tələbələr insan sidiyindən kərpic əldə etməyin yolunu tapıblar.

Bu kərpiclər ekoloji cəhətdən təmizdir, çünki bu, təbii tullantıların təkrar emalından əldə olunan məhsul deyil.

Onlar sidiyə qum və xüsusi bakteriyalar qarışdırıldıqdan sonra otaq temperaturunda sərtləşir. Bu isə o deməkdir ki, onların bişirilməsi üçün ətraf mühiti çirkləndirən sobalara ehtiyac yoxdur.

Bakteriyalar sidiyi parçalayır və nəticədə tələbələr kalsium karbonat - əhəng daşının əsas komponentini əldə edirlər.

"Dənizdə mərcanlar təqribən belə inkişaf edirlər", bu təcrübələrə başçılıq edən həkim Dillon Randall deyib.

Ənənəvi üsulla istehsal edilən kərpicləri müəyyən vaxt ərzində çoxlu miqdarda karbon dioksid istehsal edən xüsusi sobalarda saxamaq lazımdır. Bu isə, məlum olduğu kimi iqlim dəyişikliyinə mənfi təsir göstərir.

İstehsal prosesi

Cape Town Universitetinin mühəndislik fakültəsinin tələbələri sidiyi kişilərə məxsus ayaqyollarından toplayıblar. Universitet nümayəndələrinin dediyinə görə, daha sonra sidik qatı gübrəyə çevrildi, qalan maye isə bio-kərpicin əldə olunmasında istifadə olundu.

Proses zamanı bakteriyalar sidikdə sidik cövhəri istehsal edərək kalsium karbonat yaradır, hansı ki, sonra qum əlavə edilməklə boz rəngli sərt kərpicə çevrilir.

Nə qədər sidik lazımdır?

  • Orta hesabla insan bir dəfəyə 200-300 milli litr sidik istehsal edir.
  • Bio-kərpicin istehsalı üçün 25-30 litr sidik lazımdır. Bu, əhəmiyyətli rəqəm kimi görünə bilər, amma bu sidikdən bir kiloqrama yaxın gübrə istehsal olunur.
  • Başqa sözlə, 100 dəfə ayaq yoluna kiçik ehtiyacla getsəniz, siz bir dənə yaxşı kərpic istehal edə bilərsiniz.

Kərpiclərin sərtliyini və konkret ölçüsünü nizamlamaq mümkündür.

"Ötən il biz bu işə başlayanda əvvəlcə adi əhəng kərpicinin sərtliyinin 40 faizi qədərində kərpic düzəltməyə nail olduq", Randall bildirib.

"Bir neçə ay sonra biz yalnız qarışığın tərkibini dəyişərək və bakteriyalara daha çox işləməyə şərait yaradaraq, kərpicin sərtliyini iki dəfə artırmağa nail olduq. Və bunların hamısı otaq temperaturunda həyata keçirilib".

Adi kərpiclər dərəcəsi 1400 Selsiyə çatan sobalarda bişirilir.

Həkim Randall etiraf edir ki, onun tələbələri tərəfindən icad edilən bio-kərpiclərin istehsalı texnologiyası xüsusi qoxusu ilə fərqlənir.

"Əgər ev heyvanı sidiyini küncə edərsə, oradan qoxu gələcəkdir. Bu, ammonyakın ifrazı prosesidir. Bizim prosesdə də ammonyak ifraz edilir ", o, ammonyakdan sonra gübrə istehsal edildiyini xatırladaraq deyir.

Ancaq sidikdən hazırlanan kərpiclərdən gələn ammonyak qoxusu iki günə çəkilir və bu, sağlamlıq üçün heç bir risk yaratmır.

Cape Town Universiteti nümayəndələrinin sözlərinə görə, sidik cövhərindən kərpic düzəltmək ideyasına bir neçə il əvvəl ABŞ-da da cəhd edilib.

Lakin o zaman sintetik sidik cövhərindən istifadə olunub. Onun istehsalına isə çoxlu enerji sərf olunur.

Həkim Randall-ın tələbələri Suzanne Lambret və Vukheta Mukhari-nin bio-kərpicləri tarixdə ilk dəfə olaraq təbii sidikdən istehsal olunub.

Hər bio-kərpicin istehsalı üçün 4-6 gün vaxt sərf olunur.