Dünya

Gürcüstanda prezident seçkilərinin ilkin nəticələri AÇIQLANDI - YENİLƏNİR

Gürcüstanda prezident seçkilərinin ilkin nəticələri AÇIQLANDI - YENİLƏNİR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan edib.

 Qurumun başçısı Tamara Jvaniya səslərin 13 faizinin sayıldığını bildirib.

Onun sözlərinə görə, ilkin nəticələrə əsasən, səslər liderlər arasında aşağıdakı qaydada bölünüb:

David Bakradze (Avropa Gürcüstanı Partiyasının namizədi) — 10,83 %

 

Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyasının namizədi) — 37,83%

Salome Zurabişvili (Hakim "Gürcü Arzusu” Partiyası tərəfindən dəstəklənir) – 40,05%

Qeyd edək ki, səsvermənin tamamlanmasından dörd saat sonra hakim "Gürcü Arzusu” Partiyası Salome Zurabişvili və Qriqol Vaşadzenin iştirakı ilə səsvermənin ikinci turunun keçiriləcəyini açıqlayıb. Bu haqda parlamentin spikeri İrakli Kobaxidze bildirib. Halbuki, o, səsvermənin başa çatmasından dərhal sonra seçkilərdə qələbə münasibətiylə Salome Zurabişvilini təbrik etmişdi./Publika.az