Dünya / Səhiyyə

Rusiyada virusa yoluxanların sayı 1 milyonu keçdi

Rusiyada virusa yoluxanların sayı 1 milyonu keçdi

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı kəskin şəkildə artıb. 

 

Kanal14.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün ölkədə daha 4729 nəfər virusa yoluxub.

Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 1000048 nəfərə çatıb.

Son sutka ərzində 123 nəfərin koronavirusdan öldüyü bildirilib. 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dördüncü yerdə gəlir.