Dünya

ABŞ B-52-ləri bütün NATO ölkələri üzərindən uçacaq

ABŞ-ın 6 ədəd B-52 bombardmançı təyyarəsi NATO-ya üzv olan bütün dövlətlərin üzərindən uçacaq.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın Avropa Komandanlığı yayıb.

Hücumu iki komanda həyata keçirəcək. Birinci komandaya Britaniyada yerləşən 4 B-52 təyyarəsinin daxil olacağı bildirilib. İkinci komandada isə ABŞ-dakı iki bombardmançı yer alacaq.