Rusiya bu istiqamətə 10 sualtı gəmisini göndərdi
Rusiya indi Atlantik okeanında daha çox sualtı qayıq saxlayır.
Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal” qəzeti NATO nümayəndələri və hərbi analitiklərinə istinadən yayıb.
Bu sualtı qayıqlar NATO hərbi gəmiləri və ABŞ-ın vacib infrastruktur obyektlərinə təhdid yaradacaq bölgələrdə daha çox vaxt keçirirlər.
Məlumatda, həmçinin, Rusiyanın 10 sualtı gəmisinin keçən ilin sonunda Arktikadan Atlantik okeanının şimalına doğru hərəkət etdiyini bildirib.