Dünya

Çin Putinin təklifini qəbul etdi

 

Çin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İranın nüvə məsələsinə dair onlayn sammit keçirmək təklifini alqışlayır.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan məlumat verib.

Qeyd edək ki, Vladimir Putin Rusiyanın İranla bağlı nüvə sazişinə sadiq qaldığını bildirərək, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, o cümlədən Almaniya və İranın iştirakı ilə onlayn görüşün keçirilməsini təklif edib.