Dünya

"Haftarı dəstəkləmək mənasızdır, Ankaraya yaxınlaşmalıyıq"

Xəlifə Haftarı dəstəkləməyin heç bir mənası yoxdur.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Paris Geopolotik Araşdırma Mərkəzinin baş direktoru, siyasi ekspert Çarles Seint-Prot Türkiyə mətbuatına deyib. O bildirib ki, Haftar təhlükəlidir:

"Fransa hökumətinin xarici siyasəti yox səviyyəsindədir. Prezident Emmanuel Makron və Xarici İşlər naziri Jan-İv Le Drian siyasətlə bağlı heş nə bilmir. Fransanın Haftarı dəstəkləməsi böyük səhvdir. Ümumilikdə, Haftar oyundan kənarda qalıb”.

Siyasi ekspert qeyd edib ki, Fransa artıq siyasətini dəyişdirməli və Fayez Sərraca (Liviya Baş naziri) dəstək verməlidir:

"İnsaq haqlarını müdafiə edən Fransa Liviyadakı kütləvi məzarları görməlidir. Siyasətini dəyişdirib Ankaraya yaxınlaşmalıdır. Türkiyəyə qarşı müharibə aparmağın mənası yoxdur”.