Dünya

Bu dəyişikliyə müqavimət göstərəcəyik - Lavrov

Moskva Deyton razılaşmasını yenidən nəzərdən keçirməklə bağlı bütün cəhdlərə müqavimət göstərəcək.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşü zamanı deyib.

"Balkanlardakı situasiya, eləcə də Deyton razılaşmasının 25 illiyi ilə bağlı fikir mübadiləsi apardıq. Biz və serb dostlarımız bu qərara yenidən baxılmasına qarşı hər cür müqavimət göstərəcəyimizlə bağlı ortaq fikrə sahibik”, – deyə o bildirib.

Qeyd edək ki, Deyton müqaviləsi 1995-ci ildə imzalanıb. Müqaviləyə əsasən, Bosniya və Hersoqovinanın daxili quruluşu müəyyən edilib.