Dünya

Peskov təxirə salınan səfər barədə: Zaxarova bilər...

Rusiya və Türkiyə XİN başçılarının görüşüb-görüşməmələri barədə mənim fikir bildirməyim düzgün olmaz.

Kanal14.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu məsələ XİN sözçüsü Mariya Zaxarovanın sahəsinə aiddir. Düşünürəm ki, məsələ ilə bağlı suallarınızı tez bir zamanda cavablandıracaq”, - Peskov bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun iyunun 14-də planlaşdırılan Türkiyə səfərləri təxirə salınıb.

(Axar.az)