Dünya / Səhiyyə

Koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 6 milyon 371 min 661 nəfərə çatıb.

Kanal14.az bildirir ki, məlumatı "Worldometers" yayıb.

Bildirilir ki, virusdan ölənlərin sayı 377 min 552 nəfərdir. İndiyədək 2 milyon 904 min 925 nəfər xəstəlikdən sağalıb.

Məlumatda o da qeyd olunur ki, infeksiyaya yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.