Dünya

Tramp Çini koronavirusa görə BELƏ CƏZALANDIRACAQ

Tramp Çini koronavirusa görə BELƏ CƏZALANDIRACAQ
ABŞ prezidenti Donald Tramp federal pensiya fondlarına Çin şirkətlərinin səhmlərini almağı qadağan edib.

Kanal14.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu barədə "Fox Business" administrasiyanın daxili sənədlərinə istinadən yazır.

Bu, Ağ Ev koronavirus pandemiyasının yayılmasında günahkarı hesab etdiyi Çini cəzalandırmağın bir yolu ola bilər.
 

Belə ki, əmək naziri Yucin Skalia Trampın Milli Təhlükəsizlik köməkçisi Robert O'Brayen və Milli İqtisadi Şuranın rəhbəri Lourens Kadlou tərəfindən imzalanmış məktub alıb. Həmin məktubda "Thrift Savings Plan" fondu üçün Çinə investisiya yatırmaq qadağan olunub. Təşkilatın aktivləri hazırda dörd milyard dollar dəyərindədir.

Eyni zamanda, məktubun mətnində bu göstərişin Çinin koronavirus pandemiyası zamanı etdiyi hərəkətlərlə birbaşa əlaqəli olduğu bildirilir.

Skalia "Thrift Savings Plan" fondunun rəhbəri Maykl Kennediyə sərmayəni məhdudlaşdırmaq təşəbbüsünün birbaşa Trampdan gəldiyini deyib. Kennedi qəbul edilən qərarlar barədə hesabatı sabah, mayın 13-də verməlidir.