Dünya

Qız uşağına hamilə olduğu üçün arvadını xəstəxanalıq etdi- RƏZALƏT...

Qız uşağına hamilə olduğu üçün arvadını xəstəxanalıq etdi- RƏZALƏT...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Antalyada 46 yaşlı bir adam qız uşağına hamilə olduğu üçün kəbinli arvadını döyərək xəstəxanalıq edib. 

Kanal14.az xəbər verir ki, qadının başına 28 tikiş atılıb. Antalyada İbrahim E. adlı adam arvadı Qonça Sadıqlını döyüb. Üç gün evdə işgəncələr görən qadının körpəsi bətnində ölüb. Beyin qanaması keçirən qadının başının yarılmış hissəsi həkimlər tərəfindən tikilib. Q.Sadıqlı deyib ki, əri oğlan uşağı istəyib və qız uşağına hamilə qaldığını biləndə ona işgəncələr verməyə başlayıb. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Bildirilir ki, cütlük 2014-cü ildə tanış olub. Birinci arvadından üç qız övladı olan İbrahim, ikinci arvadının oğlan uşağı doğmasını istəyib. Amma altı ay sonra körpənin cinsiyyəti məlum olanda dava düşüb. Hadisəylə bağlı qadın polisə şikayət edib. 

İbrahim E.nin əvvəllər də dörd il məhkumluq həyatı yaşadığı bildirilir. /Moderator.az