Hadisə

Nənəsinin sevgilisi tərəfindən zorlanan 11 yaşlı qız doğdu — Argentinada biabırçılıq

http://olke.az/uploads/1551417242/usaqogrusu.jpg
 
Argentinada biabırçı hadisə baş verib.

11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi tərəfindən zorlanıb. Sonra isə hamilə qalan uşaq dünyaya körpə gətirib. Həbs edilən cani isə həbsxanaya göndərilib.

Hadisə Tukuman şəhərində baş verib. 11 yaşlı qız nənəsinin 65 yaşlı sevgilisi Eliseo Viktor Amaya tərəfindən zorlanıb. Uşaq qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb və onun 23 həftəlik hamilə olduğu üzə çıxıb. İfadə verən qız 65 yaşlı Eliseo tərəfindən zorlandığını bildirib. Polis Eliseonu saxlayıb və məhkəmənin hökmü ilə həbs edərək həbsxanaya göndərib.

Abortun bəzi vəziyyətlərdə icazə verildiyi Argentinada psixiatrın müşayəti ilə 11 yaşlı qızdan abort istəyib-istəmədiyi soruşulub. Səhiyyə nazirliyinin icazəsindən sonra 11 yaşlı qız doğuş edib. Hazırda 11 yaşlı qız və körpəsi xəstəxanada müalicə olunur.