Dünya

İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb

İngiltərədə avtobus aşıb: 10-dan çox adam xəsarət alıb
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.

Kanal14.az-ın məlumatına görə, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir".

Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.