Dünya

Çində ibtidai məktəbə silahlı hücum zamanı 8 nəfər ölüb

Çində ibtidai məktəbə silahlı hücum zamanı 8 nəfər ölüb
 
 
 
 
 

 
 
 
 
 
 

 
 

Çinin mərkəzi Hubey əyalətində ibtidai məktəbinə silahlı hücum edilib. 

Kanal14.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Lakin həkimlərin cəhdinə baxmayaraq, onlardan 8-i dünyasını dəyişib.

Hücum tədris ilinin ilk günü saat 08:00 radələrində olub. Polis cinayətkarı tez bir zamanda yaxalaya bilib. Cinayətkarın 40 yaşında yerli sakin olduğu məlum olub. 

Lakin hadisənin hansı səbəbdən törədildiyi barədə heç bir məlumat verilməyib.