Dünya

ABŞ və Rusiya prezidentlərinin görüşü başa çatdı


ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

*   *   *09:36

Bu gün Yaponiyanın Osaka şəhərində G20 zirvə toplantısı öz işinə başlayıb.

Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp sammitin açılış və şəkil çəkdirmə mərasimindən öncə ayaqüstü qısa söhbət ediblər.

Mənbə qeyd edir ki, iki lider şəkil çəkdirməyə gedərkən bir-biri ilə fəal söhbətləşiblər.

Eyni zamanda, G20 zirvə toplantısı çərçivəsində Putin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğan ilə söhbət edib. Qısa söhbətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Ölkə başçılarının ikitərəfli görüşü iyunun 30-da nəzərdə tutulur.