Dünya

ABŞ səfiri nazirlərin Qarabağ danışıqları üzrə yeni görüşə razılaşmaları haqda


"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq".

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə prosesin davam etdirilməsinin dəstəklənməsi olub: "Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir".

"Report” xatırladır ki, Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü bu il iyunun 20-də Vaşinqtonda keçirilib.