Dünya

Tailand sahillərində turist gəmisi yandı

Tailandın Lava adası yaxınlığında turist gəmisində yanğın baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, yanğın gəmi birgünlük ekskursiyada olarkən başlayıb.

 

Qeyd olunur ki, yanğından əvvəl 3 partlayış səsi eşidilib. Yanğın zamanı turistlər dənizdə olduqları üçün hadisə nəticəsində xəsarət alan olmayıb. Ümumilikdə, həmin səyahətdə 20-dən çox turist olub.

Partlayışların kapitan göyərtəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə bağlı araşdırma aparılır.