Dünya

Miqrantlar Rusiyanı tərk edir

Miqrantlar Rusiyanı tərk edir

Rusiya daha əvvəlki kimi əmək miqrantlarını cəlb etmir. Sosial analiz institutunun araşdırması əsasında "Vedomosti” qəzeti məqalə hazırlayıb.
Bizimyol.info xəbər verir ki, keçən il Rusiyaya iş məqsədi ilə 124,9 min əcnəbi gəlib. Daha çox miqrant axını ilk rübdə diqqət çəkib. Sonradan bu rəqəm hər dəfə iki dəfə azalmağa başlayıb.

2017-ci illə müqayisədə gələnlərin sayı 4 faiz azalıb. Ölkəni tərk edənlər daha çoxdur. Rusiyadan gedənləri sayı 16,9 faiz artıb.

İndi əhalinin təbii azalması daha çox nəzərə çarpır. Əvvəllər boşluğu miqrantlar doldururdu.

Azərbaycandan, Ermənistandan, Türkmənistandan gələnlərin sayında dəyişiklik görünmür. Ukraynalıların, özbəklərin Rusiya bazarına marağı azalıb. Onlar bu ölkənin əsas miqrasiya donorları sayılırdı.

Rəsmi Moskva çox bədbin danışmır. Rusiya hökuməti miqrantların sayının bu il artacağını proqnozlaşdırır. İstənilən halda say 200 min nəfəri keçməyəcək.