Dünya

Meksikada xəstəxanada partlayış baş verib — 16 yaralı var

http://olke.az/uploads/1553981719/r45tyujtretyuk.jpg
Meksikanın Venustiano-Karransa rayonunda özəl xəstəxanaların birində baş verən partlayışda ən azı 16 nəfər yaralanıb.

"Kanal14.az" "TASS" a istinadən xəbər verir ki, ilkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Yaralılara lazımı köməklik göstərilib, bir nəfər helikopterlə başqa xəstəxanaya aparılıb.

Hazırda prokurorluq əməkdaşları partlayışın baş vermə səbəbini öyrənmək məqsədi ilə araşdırmalara başlayıb.