ABŞ qərar verdi: Danimarkaya SM-2 satır
ABŞ-ın Dövlət Departamenti Danimarkaya 152 milyon dəyərində 46 ədəd SM-2 raket əleyhinə qurğuların satılması barədə qərarı dəstəkləyib.
kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ bunları NATO-da müttəfiqi olan ölkəyə satmaqla siyasi sabitlik və regionda iqtisadi tərəqqinin təmin olunacağını düşünür.
Qurğuların satışı ilə Amerikanın "Raytheon" şirkəti məşğul olacaq.
Qeyd edək ki, SM-2 ballistik raketləri məhv edir.