Məşhur şirkət 5 min işçisini işdən çıxarır
Kanadanın təyyarə istehsalçısı, texnologiya və nəqliyyat sahəsində məşhur "Bombardier” şirkəti ixtisarlar barədə açqlama verib
"Kanal14.az” "Posta”ya istinadən xəbər verir ki, qarşıdakı 12-18 ay ərzində 5 min işçi işdən çıxarılacaq.
Şirkətin ümumilikdə 69 500 işçisi xidmət aparır. Bombardierin 2019-cu ildə ümumi gəlirinin isə 18 milyard dollar olacağı proqnozlaşdırılıb.
İxtisarın səbəbi barədə isə məlumat yoxdur.