Dünya

Erməni polisi Paşinyandan üz döndərir - 167 nəfər istefa verdi

Erməni polisi Paşinyandan üz döndərir - 167 nəfər istefa verdi
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ermənistanın polis orqanlarında kütləvi istefalar başlayıb.

Kanal14.az bildirir ki, beş gün ərzində 167 polis əməkdaşı işdən çıxmaq barədə ərizə verib.

Məlumatda bildirilir ki, əsasən orta rütbəli zabitlər istefa barədə ərizə təqdim ediblər. Lakin rəhbərliyə onları istənilən yolla ərizələrini geri götürməyə məcbur etmək tapşırılıb.

Məlumata görə, polis orqanlarındakı istefaların kökündə Paşinyan hakimiyyətinə etirazlar dayanır. Heç baş nazirin də artıq Ermənistan polisinə etibar etmədiyi barədə xəbərlər var.

Erməni mediası yazır ki, etiraz aksiyalarında xüsusi geyimdə olan qurpların çıxarılması polisə inamsızlığın nəticəsidir.

(Yenisabah.az )