Dünya

Türkiyədən Çinə gedən ilk yük qatarı Gürcüstana çatıb

Türkiyədən Çinə gedən ilk yük qatarı Gürcüstana çatıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Türkiyədən Çinə yola çıxan ilk ixrac qatarı dekabrın 7-də Gürcüstanın Axalkalaki şəhərinə çatıb.

Kanal14.az bildirir ki, dekabrın 4-də İstanbuldan yola çıxan qatar Türkiyənin Qars stansiyasından keçərək yerli vaxtla saat 22:30-da Kartsaki stansiyasına çatıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar ümumilikdə 8693 kilometr yol gedəcək. 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarının 12 gündə mənzil başına çatması nəzərdə tutulub.

Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edir.

(Apa.az)