Dünya

Çin Aya bayraq sancdı - Fotolar

Çin Aya bayraq sancdı - Fotolar
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Çin  "Çanye-5” missiyası çərçivəsində Ayın səthinə milli bayraq sancıb. 

Kanal14.az Yenisabah.az-a istinadən  xəbər verir ki, ÇXR bayrağını Yerin təbii peykinə dikən üçüncü ölkə olub. 

Bundan əvvəl oxşar missiyalar ABŞ və SSRİ tərəfindən uğurla başa çatıb. 

Moderator.az xatırladır ki, Çində ilk dəfə Ayda milli bayraq nümayiş etdirilir. 3 dekabrda  "Çanye-5”  uçuş aparatı Sovet "Luna-24” zondunun 1976-cı ildə buna müvəffəq olduğu son 44 ildə ilk dəfə Yer peykinin səthini tərk edib. Həmin aparatın Aya  yumşaq enişi 1 dekabr tarixində baş verib.

"Çanye-5” aparatı Ay səthini qazıb. Dekabr ayının üçüncü həftəsində Yerə təxminən 2 kiloqram vulkanik mənşəli nümunə çatdırılmalıdır. Bu gün  yalnız ABŞ və SSRİ-nin sərəncamında Ay torpağı var. 

Çin Aya bayraq sancdı - Fotolar