Dünya

Tonoyan istefaya gedən kimi 27 milyon oğurladı

Tonoyan istefaya gedən kimi 27 milyon oğurladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan istefa verdikdən sonra Ermənistan Müdafiə Nazirliyindən ofşor hesablara 27 milyon dollar köçürülüb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan hüquq mühafizə orqanlarının keçmiş əməkdaşı, bloger Varan Qukasyan yayıb.

Bloger Tonoyanın bu pul hesabına İspaniyada özünə ev alacağını bildirib. Qukasyan bu pulun Tonoyanın istefasından əvvəl hərbi texnika almaq üçün ayrıldığını deyib.