Dünya

Ukraynada 27 deputat koronavirusa yoluxub

Ukraynada 27 deputat koronavirusa yoluxub

 
 
 
 
 
 
 
 
 

 
 
 

Ukrayna parlamentinin 27 üzvündə COVID-19 virusunun aşkalanması ilə bağlı bu həftə bəzi iclaslar təxirə salınır.

 

Kanal14.az bildirir ki, bu barədə parlamentin sədr əvəzi Olena Kondratiuk bildirib.

Onun dediyinə görə, bütövlükdə indiyədək 90-dan artıq deputat virusa yoluxaraq sağalıb.

Hazırda parlament Aparatının da 24 əməkdaşı koronavirusa tutulub.

Verilən qərara əsasən, noyabrın 17-də parlament sessiyası tam şəkildə keçiriləcək, 18-i, 19-u və 20-də isə yalnız komitələr fəaliyyət göstərəcəklər.

(Yenisabah.az)