Dünya

Bağdadda hərbi posta hücum: 11 ölü, 8 yaralı

Bağdadda hərbi posta hücum: 11 ölü, 8 yaralı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 

İraqın paytaxtı Bağdadda hərbi posta edilən hücum nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Kanal14.az-ın "Al-Jazeera"ya istinadən verdiyi xəbərə görə, paytaxtın cənub-qərbində əl-Radhvaniya bölgəsindəki posta hücum edilib.

Mənbələr bildirib ki, dörd avtomobildə hücum edən naməlum şəxslər, qumbara və avtomatlardan istifadə ediblər.

Ordu və polis qüvvələri hücumda məsuliyyət daşıyan şəxslərin axtarışına başlayıb.