Dünya

Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər

Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Keçmiş dünya çempionları Mayk Tayson və Roy Cons arasında dörd çəki dərəcəsində Dünya Boks Şurasının (WBC) "Black Lives Matter” xüsusi adı uğrunda döyüş keçiriləcək.

Kanal14.az bildirir ki,bu barədə "BoxingScene” xəbər yayıb.

 

Tayson və Cons arasındakı şou döyüşü 28 noyabrda baş tutacaq.

Peşəkar karyerasında Tayson 58 döyüşdə 50 qələbə qazanıb (44 nokautla) və iki dəfə məğlubiyyətlə üzləşib. Daha iki döyüş etibarsız sayılıb. O, son döyüşünü 2005-ci ildə keçirib.

Consun isə ümumilikdə 66 qələbə və doqquz məğlubiyyəti var.