Dünya

Rusiyada dövlət başçısına ömürlük toxunulmazlıq verilə bilər - Qanun layihəsi

Rusiyada dövlət başçısına ömürlük toxunulmazlıq verilə bilər - Qanun layihəsi





 
 
 
 
 
 
 
 
 
 



Rusiyada dövlət başçısının səlahiyyət müddəti bitdikdən sonra da toxunulmaz qalmasına dair qanun layihəsi parlamentin aşağı qanadı Dumaya təqdim edilib.

Mumtv.az bildirir ki, bu barədə "Euronews" məlumat yayıb. Mövcud Rusiya qanunlarına görə, prezidentlər vəzifələrində olarkən cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Təklif olunan yeni düzəliş isə bu toxunulmazlığın prezident olmuş şəxsə ömürlük şamil edilməsini hədəfləyir.

Təklif, bu ilin əvvəlində Putinin konstitusiya dəyişikliklərini qiymətləndirən bir parlament qrupu tərəfindən təqdim edilib.

Layihə Rusiya parlamentinin aşağı palatasından keçməli, yuxarı palatada müzakirə olunmalı və sonra qüvvəyə minməsi üçün Putin tərəfindən imzalanmalıdır.