Dünya

Sümüklərini qırdılar və… - Azərbaycanlı qadın fəal dəhşətli işgəncə

Sümüklərini qırdılar və… - Azərbaycanlı qadın fəal dəhşətli işgəncə
 
 
 
 
 
 
 
 
 
 
 İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Mərənd İdarəsinin təcridxanasında işgəncələrdən sonra xəstəxanaya düşən Güney Azərbaycanın milli-mədəni fəalı Həkimə Əhmədi yenidən təcridxanaya qaytarılıb.

Bu barədə qadın fəalın yaxınları məlumat yayıb.

Həkimə Əhmədinin səhhəti barəsində hansı qərarı veriləcəyi məlum deyil. Fəalın hansı ittiham əsasında saxlandığı da naməlumdur.

Həyat yoldaşı Məhəmmədrza Qurbani ötən günlərdə iki video yayaraq Həkimə Əhmədinin ETTELAAT-ın təcridxanasında döyüldüyünü, işgəncə nəticəsində iki qabırğa sümüyünün qırıldığı və barmaqlarının yaralandığını bildirmişdi.

Onun sözlərinə görə, ETTELAAT əməkdaşları oktyabrın 18-də evə basqın edərək, Həkimə xanımı saxlayaraq naməlum istiqamətə aparıblar.

Fəalın ailə üzvlərini təhdid edən kəşfiyyatçılar axtarış apardıqdan sonra evdən 2 kompüter, 3 mobil telefon və bir neçə mobil telefon nömrəsini götürüblər.

Həkimə Əhmədi İranın ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi ilə bağlı fəaliyyət göstərir. İki uşaq anası olan fəal tanınmış sosioloqdur.Faktaz.com