Dünya

ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib - Tramp

ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib - Tramp
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

ABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə silahlarının misilsiz səviyyədə modernləşdirildiyini açıqlayıb.

Kanal14.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Arizona ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

 

"Silahlı qüvvələrinin inkişafına 2,5 trilyon dollar sərmayə qoymuşuq. Dünyanın digər ölkələrinə nisbətən ən yaxşı texnikaya sahibik".

Onun sözlərinə əsasən, ABŞ-ın yeni raketləri, mərmi, gəmi və tankları, misilsiz F-35 və yeni tankerləri var. Tramp Rusiya və Çinin ABŞ-a həsəd apardığını, heç kimin belə bir texnikaya sahib olmadığını vurğulayıb.

O, qeyd edib ki, ABŞ-ın hipersəsli raketləri analoqları ilə müqayisədə yeddi dəfə sürətlidir.