Cəmiyyət

Azərbaycanlı alim Türkiyə mediasına Azərbaycan həqiqətlərindən danışıb

Azərbaycanlı alim Türkiyə mediasına Azərbaycan həqiqətlərindən danışıb
 
 
 
 
 
 
 
 
 
 

 

 

 
 
 

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Türkiyənin tum1haber.com saytına Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Türkiyə Azərbaycan münasibətləri mövzusunda müsahibə verib.

Azərbaycanlı tarixçi "Türkiyəmizin uğuru bizim uğurumuzdur" sərlövhəli müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən danışıb, 30 ildir, hazırda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarına toxunub.

Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz təməllər üzərində qurulduğunu bildirən müsahib onun hüç bir qüvvə tərəfindən yox edilə bilməyəcəyini vurğulayıb. O, hər iki ölkənin Cənubi Qafqazda bir sıra önəmli enerji layihələrində fəal iştirak etdiyinə diqqət çəkib. Bu layihələr regionda həm də təhlükəsizliyin təminatına da çevrilib.

Zaur Əliyev bildirib ki, Azərbaycan dünya xəritəsində strateji əhəmiyyətli mövqedə yerləşir ki, bu da onun geo-siyasi əhəmiyyətini artırır. Müsahib Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini bölüşərkən tarixə ekskurs edib Türkiyə və Azərbaycana qarşı törədilmiş erməni terroru barədə ətraflı məlumat verib. Türk diplomatlarının erməni terroruna məruz qalmasını xüsusi vurğulayıb. Işğalçı Ermənistanın 30 il ərzində təxribatlarını davam etdirdiyini bildirən Zaur Əliyev Azərbaycanın öz torpaqlarını azad ertməsi üçün uğurlu əks-hücum əməliyyatlarına da toxunub.

O, işğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağa Livan, Suriya kimi ölkələrdən silahlı PKK, ASALA muzdlularının gətirildiyinə diqqət çəkib.

"30 ildir, dünyaya səsimizi dünyaya çatdırmağımıza baxmayaraq, ermənilər təxribatlarını davam etdirdilər. Qarabağdakı evləri, binaları, hətta məzarlıqları məhv etdilər. Bu illər ərzində beynəlxalq aləmdə ikili standartlarla üzləşdik.Ancaq bugün Azərbaycan ordusu öz torpaqlarını azad etmək üçün vətənsevərliklə döyüşür.Bugün biz qardaş Türkiyə, Pakistan, Ukrayna kimi ölkələrin də mənəvi dəstəyini görməkdəyik. Bu, mənəvi dəstək bizi sevindirir.”

Müsahib həmçinin iki qardaş ölkənin parlaq gələcəyi üçün Azərbaycan və Türkiyə liderləri olan Prezident İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın atdığı uğurlu siyasi fəaliyyətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

(Aqreqator.az)