Cəmiyyət / Sosial

AYB-nin qurultayı onlayn keçiriləcək? – Anar

Azərbaycan Yazıçılar Birliyinin qurultayının onlayn formatda keçirilməsi ilə bağlı müraciət edilsə, "yox” cavabı veriləcək.

Bunu Kult.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev AYB-nin 13-cü qurultayının onlayn formatda keçirilməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. AYB sədri qeyd edib ki, qurultayın onlayn formatda keçirilməsi məqsədəuyğun deyil:

"İlk dəfədir ki, qurultayın onlayn formatda keçirilməsi barədə eşidirəm. Bu, mümkün deyil. Qurultay ancaq karantin bitəndən sonra keçiriləcək”.