Bu şəxslər üçün 800 ev tikilir
Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1 500 mənzil və fərdi evin verilməsi işləri aparılır.
Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 8 142 mənzil və fərdi ev verilib.