Cəmiyyət

TƏBİB yeni modul tipli xəstəxanaya 100-dən çox işçi axtarır

Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilir.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 01 iyul 2020-ci il tarixinədək hr@tabib.gov.az ünvanına "Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.

Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya100-dən çox vakant yer elan edilib. Xəstəxanaya tibbi heyətlə yanaşı, qeyri-tibbi heyət üçün də işçilər tələb edilir.