Cəmiyyət

Bu qan qrupundan olanlar içkiyə daha meyllidirlər

Bu qan qrupundan olanlar içkiyə daha meyllidirlər

Amerikalı alimlər insanın qan qrupunun onun sağlamlığına, psixiki vəziyyətinə və alkoqol asılılığına təsirini araşdırıblar.

Kanal14.az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, mütəxəssislər araşdırmanı alkoqolizmdən əziyyət çəkən Yaponiya və ABŞ sakinləri arasında aparıblar.

Belə ki, alkoqol asılılığı olan insanların əksəriyyətində ikinci qan qrupunun olduğu məlum olub.

 

Alimlər bunun böyrəküstü vəzinin işi ilə əlaqəli ola biləcəyini ehtimal edirlər. Məhz bu orqan insanda qlükoza səviyyəsinin yetərli olmadığı hissi yaradır və o, həmin çatışmazlığı alkoqolla kompensasiya etməyə çalışır.

Alkoqolizmin digər səbəbi stress ola bilər.

Birinci qan qrupundan olan insanlar isə alkoqola qarşı ən davamlı hesab olunurlar.