Cəmiyyət

Millət vəkili 15 yaşlı qıza zəng vurdu

Bu gün mətbuatda Mingəçevirdə bir yeniyetmə qızın özünü Kür çayına ataraq intihara cəhd etməsi barədə məlumat yayıldı. Elə indi onun ailəsinin telefon nömrəsini taparaq valideynləri ilə danışdım.

Kanal14.az bildirir ki, bu varədə millət vəkili Aydın Mirzəzadə məlumat paylaşıb. O bildirib ki, intihara cəhd edən qızın vəziyyəti yaxşıdır:

"Xanım qızın vəziyyəti ilə maraqlandım, ürək-dirək verdim, hər bir gəncin xalqımız üçün dəyərli olduğunu bildirdim. Gəncliyimin necə keçdiyini danışdım. Qızın vəziyyəti yaxşıdır, hər şey arxada qalıb. Eyni zamanda onu xilas edən Elşad adlı gəncə də zəng edib, onu qəhrəmanlığından qürur duyduğumu bildirdim”.

Qeyd edək ki, Mingəçevirdə lisey şagirdi intihara cəhd edib. Hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsü üzərində baş verib. 2005-ci il təvəllüdlü şəhər sakini Gülşən Azər qızı Ataşova özünü körpüdən çaya atıb. ASAN Xidmətin Mingəçevir filialında mühafizə bölməsində çalışan Elşən Aslanov çaya atılaraq batan şəxsi xilas edib. İntihara cəhdin səbəbi məlum deyil. Qız Texniki Humanitar Liseyin 9-cu sinfində oxuyur.

(Axar.az)