Cəmiyyət

Baş prokurorun Saatlı rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Baş prokurorun Saatlı rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

 

Qəbul avqustun 31-də, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.