kanal14.az
kanal14.az

Xınalıqda qarın hündürlüyü 1 sm olub

Xınalıqda qarın hündürlüyü 1 sm olub
18-11-2020, 14:51 141 dəfə baxılıb

Xınalıqda qarın hündürlüyü 1 sm olub
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda faktiki hava ilə bağlı açıqlama yayıb. 

Kanal14.az xəbər verir ki, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub.

 

Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 sm olub.

Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA