Cəmiyyət / Sosial

"Həmsədrlərin sayı artırılmayacaq" – Rəsmi Moskva

"Həmsədrlərin sayı artırılmayacaq" – Rəsmi Moskva
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Rusiya Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama yayıb.

Kanal14.az bildirir ki, açıqlamada ATƏT-in Minsk qrupunun üzvlərinin sayı və Qarabağ münaqişəsinin gələcək həlli prinsipi müzakirəyə çıxarılıb.

 

"Minsk qrupu həmsədrlərinin sayının artırılması nəzərdə tutulmur. Dağlıq Qarabağın statusu region əhalisinin bütün kateqoriyalarının haqları bəlli olduqdan sonra müəyyənləşəcək".