kanal14.az
kanal14.az

Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı

Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı
9-07-2020, 14:16 212 dəfə baxılıb

Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün təşkil olunmuş onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatıb.

İdarədən verilən məlumata görə, onlayn Apellyasiya Komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələr onlayn şəkildə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA